İran ABŞ-la müharibə ehtimallarını qiymətləndirib

0
91

İranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq.

“Müharibə üçün bir əsas yoxdur”, – deyə Xamenei bildirib.

O əlavə edib ki, hərbi qarşıdurma ABŞ-ın maraqları daxilində deyil. Xamenei qeyd edib ki, belə olacağı təqdirdə İran Amerikadan daha güclü çıxacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin