Bakı-Odessa birbaşa uçuşları başlayıb

0
46

Bu gündən etibarən “Buta Airways” aviaşirkəti Bakı-Odessa reysi üzrə birbaşa uçuşlara başlayıb.

Aviaşirkətdən ONA-ya verilən məlumata görə, mayın 16-dan etibarən Bakıdan Odessaya birbaşa uçuşlara başlanıb: “Bakı-Odessa reysi üzrə uçuşlar hər həftənin IV və VII günləri saat 7:15-də yerinə yetiriləcək”.

Aviaşirkətdən onu da bildiriblər ki, bir istiqamətə aviabiletin minimal qiyməti 29 avro təşkil edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin