Şanxayda bərpa olunan bina uçdu – Altında qalanlar var

0
122

Şanxayda bərpa olunmaqda olan bina uçub.

Trend-in məlumatına görə, hadisə zamanı dağıntılar altında 10 nəfər qalıb. Dərhal aparılan xilasetmə tədbirləri nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir.

Məlumata görə, Çannin rayonunda yerləşən binanın naməlum səbəbdən tavanı çöküb, bundan sonra bina uçub.

Binada bir müddətdir bərpa-rekonstruksiya işləri aparılırmış.

Dağılan sahənin 1 min kv.m təşkil etdiyi qeyd edilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin