Məktəblərə nəzarətin güclənməsi üçün YENİ TƏLƏB

0
101

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında”” qanuna dəyişikliklərdə əksini tapıb.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin