Avstriya prezidenti növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyib

0
106

Avstriya prezidenti Aleksander Van der Bellen sentyabrın əvvəlində növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib. 

ONA-nın məlumatına görə, Avstryia telekanalları prezidentin baş nazir Sebastyan Kurtsla görüşünü canlı yayıb. 

Aleksander Van der Bellen görüşdə deyib ki, mümkün olsa, növbədənkənar parlament seçkiləri sentyabrın əvvəlində keçirilsin. 

Qeyd edək ki, bu günlərdə Almaniyanın “Welt” nəşri Avstriya baş nazirinin müavini Xaynts-Kristian Ştraxın Latviya vətəndaşı rlan bir rus xanımla söhbətini yayıb. Həmin söhbətdə Xaynts-Kristian Ştrax Rusiya əleyhinə sanksiyaların ləğvi və Moskva ilə münasibətlərin normallaşmasından, əvəzində seçki kampaniyasına dəstəkdən söhbət gedir. Xaynts-Kristian Ştrax bunu tələ adlandırıb və istefa verib. Baş nazir Sebastyan Kurts Xaynts-Kristian Ştraxın rəhbərlik etdiyi partiya ilə koalisiyanı davam etdirməyin əleyhinə çıxıb və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin