Gürcüstanda Marneuli, Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər başlayıb

0
106

Azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. 

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir. 

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.

Namizədlərin seçki  platformaları isə demək olar ki,  üst-üstə düşür. Verilən vədlər əsasən kəndlərdə  infrastrukturun yaxşılaşdırılması, su təchizatında yaranan  problemlərin aradan qaldırılması istiqamətindədir. 90 seçki məntəqəsində keçirilən bu dəfəki seçkilərdə  rayon üzrə ümumilikdə 99 717 nəfər səsvermə hüququndan istifadə edə biləcək. Mərkəzi Seçki komissiyası bu dəfəki seçkilər üçün 370 300 bülleten çap edib. Səsvermə bülletenləri azərbaycanlıların çoxluq təşkil etdiyi rayonlarda  gürcü dili ilə yanaşı həm də Azərbaycan dilində seçicilərə təqdim olunacaq.

Seçkilərdə ölkə üzrə ümumilikdə 49 yerli təşkilatdan 6139 və 7 beynəlxalq təşkilatdan  47 müşahidəçi qeydiyyatdan keçib. Eləcə də, 45 media qurumundan 1917 media nümayəndəsinin akkreditasiya  olunduğu bildirilir.

Səsvermə axşam saat 20:00-da başa çatacaq

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin