İndoneziya sahillərində zəlzələ olub

0
93

İndoneziyanın Yava adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ olub.

RİA “Novosti” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bandunq şəhərindən 297 km. cənub-şərqdə qeydə alınıb. Ocaq yerin 10 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin