Əsas səhifə Mədəniyyət Niderland “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

Niderland “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

admin
29 Oxunub

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsi başa çatıb.

“Report” xəbər verir ki, Niderland təmsilçisi yarışmanın qalibi seçilib.

Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə yarışmanın birincisi olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Yarışmada ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya ifaçısı tutub.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub. Qeyd edək ki, finalda 26 ölkə ifaçısı mübarizə aparıb.

Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

Rəy bildir

3 + two =