Aleksandr Bortnikov: “Azərbaycan və digər tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD-in 8 yuvası məhv edilib”

0
34

“Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD və digər beynəlxalq terror təşkilatların 8yuvası aşkar və məhv edilib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri də əməliyyat məlumatlarının daimi mübadiləsidir. Əldə edilən məlumatlar beynəlxalq terrorla mübarizə məlumat bankına, MDB Antiterror Mərkəzinin xüsusi məlumat bankına və kollektiv istifadə üçün digər informasiya sistemlərinə əlavə olunur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin