Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər

0
83

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

ONA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib.

Onun szölərinə görə, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər.

“Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, – deyə A. Naqdalyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin