Cakartada toqquşmalar zamanı 6 nəfər ölüb, 200 yaralı var

0
41

İndoneziyanın paytaxtı Cakartada nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ən azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb.

 TASS xəbər verir ki, bu barədə çərşənbə günü Cakartanın qubernatoru Anis Basvedana istinadən “Detik” portalı məlumat yayıb.

“Hazırda 6 nəfərin öldüyü məlumdur, 200-dən çox yaralı paytaxt xəstəxanalarına yerləşdirilib”, – deyə şəhər rəisi bildirib.

Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib.

İndoneziya Mərkəzi Seçki Komissiyası bazar ertəsi axşam seçkidən sonra toplanan səslərin sayılması prosesini yekunlaşdırıb. Hazırkı prezident Joko Vidodo 55,5% səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Prabovo Subiantonu seçicilərin 44,5% -i dəstəkləyib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin