İtaliyada turistləri aparan avtobus aşıb – Ölən və yaralananlar var

0
699

İtaliyada turistləri aparan avtobus aşıb. Trend-in məlumatına görə, hadisə Sienna vilayətində Badessa şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ümumilikdə avtobusda 60 nəfərin olduğu bildirilib.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Ölən və yaralanan şəxslərin vətəndaşlığı hələ açıqlanmayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin