Tereza Mey istefa verib

0
72

Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib.

T. Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb.

O, “Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edib.

Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq.

Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər. 

Artıq bu posta əsas iddialı hesab olunan keçmiş xarici işlər naziri Boris Conson öz namizədliyini irəli sürəcəyini bəyan edib. 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin