ATƏT-in Minsk qrupu həmsədrləri sabah Bakıda olacaq

0
65

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər çərçivəsində sabah Bakıda olacaqlar.

ONA-nın məlumatına görə, həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər. 

Bu gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin