Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq

0
114

Günərzi qayğı və sosial reabilitasiya, psixoloji, surdoloji xidmətlər və s. üzrə mərkəzlərin sayı xeyli artırılacaq, ayrı-ayrı qruplar üçün günərzi və reabilitasiya yönümlü yeni mərkəzlər də yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam həmçinin ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların və qeyd olunan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Nazirliyin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin