Əsas səhifə Cəmiyyət Bakıdan Lahora aviareys açılır

Bakıdan Lahora aviareys açılır

admin
80 Oxunub

İyul ayında Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılır.

Bu barədə 1news.az-a Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

Onun sözlərinə görə, Bakı-Lahor-Bakı aviareysi həftədə iki dəfə AZAL tərəfindən həyata keçiriləcək.

“Birbaşa reysin Lahora açılması bu şəhərdən Azərbaycana daha çox turistin gəlməsi ilə əlaqədardır. Lahor Pakistanın Kəraçidən sonra ikinci ən böyük şəhəridir. Gələcəkdə isə digər şəhərlərə də, o cümlədən paytaxt İslamabada uçuşların yerinə yetirilməsi gözlənilir”, deyə səfir bildirib.

Rəy bildir

16 − 2 =