Ekvadorda dünyanın ən iri qızıl-gümüş yatağı aşkar edilib

0
36

Ekvadorun şimalında dünyanın ən iri qızıl, gümüş və mis yataqlarından biri aşkar edilib.

Trend-in məlumatına görə, İmbabura əyalətindəki “Alpala” yatağı gümüş ehtiyatlarına görə dünyada birinci, qızıl ehtiyatlarına görə üçüncü və mis ehtiyatlarına görə altıncı yerdədir.

Qeyd olunur ki, yataqda 10,9 milyon ton mis və 23 milyon unsiyadan çox qızıl ehtiyatları var.

“Alpala” yatağının işlənməsi 70 ilədək davam edə bilər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin