Əsas səhifə Cəmiyyət Bakı ətrafı qəsəbələr yeni avtobuslarla təmin olunacaq

Bakı ətrafı qəsəbələr yeni avtobuslarla təmin olunacaq

admin
13 Oxunub

“Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”.

“Report” xəbər verir ki, bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:

“Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.

Rəy bildir

fourteen + 13 =