Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

0
132

İyulun 1-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək.

“APA-Economics”in KOTRA-ya istinadən verdiyi məlumata görə, görüşdə yüksəklikdə tikinti platformaları, avtomobil və sənaye boyaları, avtomobillər üçün təhlükəsizlik kameralar və radarlar, elektrik LED işıqlandırma lampaları, elektrik stansiyalar üçün avadanlıqlar, istixana materialları və digər sektorlarda fəaliyyət göstərən 13 Koreya şirkəti iştirak edəcək.

Onların sırasında “Hanguk Mols Kimje”, “Hansin Special Equipment”, “HyeSung G-Tech”, “Costech”, “Pixthea Corp”, “Sunghyun”, “Changwon Metal Industry” və s. yer alıb.

ONA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin