Gürcüstanda daxili işlər nazirinin istefası tələb olunur

0
64

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.

Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin