Elmar Məmmədyarov: “Həmsədrlər nazirlərə müzakirə üçün yeni sənəd təqdim ediblər”

0
79

Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir: “Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz hazırda həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstəririk. Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik. Həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra yenidən görüşək”. 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin