Qazaxıstanda silah anbarındakı partlayışda 1 nəfər ölüb, 71 nəfər yaralanıb

0
93

Qazaxıstanın Arıs şəhərində hərbi hissədəki silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarətalanların sayı 71 nəfərə çatıb. 

“Report” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Təcili tibbi yardım xidməti üzrə milli əlaqələndirmə mərkəzinin sədri Birjan Ospanovbildirib. 

Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb. 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev partlayş baş verən yerə gedib. 

Ölkənin müdafiə naziri Nurlan Yermekbayev bildirib ki, anbarda radioaktiv döyüş sursatı, radioaktiv mərmi saxlanılmırmış: “Radiasiya təhlükəsi yoxdur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin