AİB Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib

0
69

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiq edib.

APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, AİB-in 2019-2023-cü illəri əhatə edən, ölkə üzrə yeni strategiyası Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

“Bizim ölkə üzrə yeni tərəfdaşlıq strategiyamız AİB üçün inkişafının mühüm mərhələsində Azərbaycanın tələblərinə cavab vermək imkanı yaradır. Yeni strategiya özəl sektora dəstəyi artıracaq, insan kapitalının inkişafına daha çox diqqət ayıracaq, biliklərin mübadiləsi ilə bağlı fəaliyyətin miqyasını genişləndirəcək və innovativ maliyyə həll yollarına imkan yaradacaq”, – deyə AİB-in Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekov bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin