Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır

0
129

Bu gün dünyada rəqəmli transformasiya gedir. İnformasiya  texnologiyalarının son illərdə rəqəmsal hökumətin formalaşmasında bulud texnologiyaları mühüm rol oynayır.

1news.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunun sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, hökumət buludu dövlət idarəetməsində ən əhəmiyyətli tendensiyalardan biri hesab olunur,  ən yaxşı həllərdən biridir.

Nazir Azərbaycanda hökumət buludunun yeni yaradılmağa başladığını söyləyib. Prezidentin bununla bağlı fərman verdiyini, konsepsiya imzaladığını əlavə edib:

“Bunlar Azərbaycanda rəqəmsal hökumətin yaradılmasının başa çatdığını təsdiq edir. Hökumət buludu nazirliyin Data mərkəzində yaradılır”.

R.Quluzadə  kibertəhlükəsizliyə də toxunub. Deyib ki, rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Onun  sözlərinə görə, Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır:

“Ölkəmiz 2009-cu ildın fərdi məlumatların işlənməsi ilə bağlı konvensiyaya qoşulub. Bununla əlaqədar cinayət və inzibatu xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan hökuməti cari ilin iyunun 27-də qüvvəyə minməsi gözlənilən Aİ-nin kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən “Azərbycan Kibertəhlükəsizlik strategiyası”nın qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin