Azərbaycan ÜTT-yə üzv ölkələrlə ikitərəfli məsləhətləşmələr aparır

0
99

Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələrilə ikitərəfli məsləhətləşmələr aparır.

Bu barədə “Report”a Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O, Cenevrədə aparılan danışıqlarda müxtəlif nazirlik və idarələrin əməkdaşlarından ibarət ekspert qrupunun iştirak etdiyini diqqətə çatdırıb.

İyunun 28-dək davam edəcək məsləhətləşmələr çərçivəsində Kanada, Braziliya, Yaponiya, Koreya, İsveçrə kimi ölkələrlə danışıqlar aparılacaq.

Azərbaycan dörd əsas istiqamət – mallar (kənd təsərrüfatı və sənaye məhsullarına tariflər), xidmətlər üzrə ticarət, qanunvericiliyin təkmilləşdirilməsi (onun ÜTT tələblərinə uyğun hala gətirilməsi) və kənd təsərrüfatına dəstək (subsidiyalaşdırma) üzrə danışıqlar aparır.

Xatırladaq ki, ÜTT katibliyinin təklifi ilə Azərbaycan bu mərhələdə ölkənin ikitərəfli əsasda təşkilata daxil olması üzrə danışıqları davam etdirir. Buna qədər Azərbaycan nümayəndə heyətinin ÜTT-nin İşçi Qrupu ilə görüşləri həm təşkilata üzv ölkələrlə ikitərəfli danışıqlar, həm də kənd təsərrüfatı ilə bağlı çoxtərəfli danışıqlarla müşayiət olunub.

2018-ci ilin dekabrında keçirilən son görüşdə Yaponiya, Braziliya, Norveç və digər ölkələrlə, ilk növbədə, mal və xidmətlər bazarlarına qarşılıqlı çıxışın təmin edilməsi məsələləri üzrə ikitərəfli danışıqlar aparılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin