Bu gün İranın Xuzestan əyalətində baş verən güclü zəlzələdə bir nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xuzestan əyalətinin Böhranın İdarəetmə mərkəzindən bildilib ki, zəlzələ nəticəsində daha 20 nəfər xəsarət alıb.
Yeraltı təkanlar müxtəlif yerlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Elektrik stansiyalarına və bir çox infrastruktura ziyan dəyib. Mobil telefonların fəaliyyətindəproblemlər yaranıb.