Masallıda ağır yol qəzasında 8 nəfər ölüb

0
44

Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Lerikə toy məclisinə gedən qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzada ölənlərin hamısı qohumdur. Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.  

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.
 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin