MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək.

0
39

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
MDB Dövlət Başçıları Şurasının iclasının cari il oktyabrın 11-də Aşqabadda keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyində MDB İcraiyyə Komitəsi sədrinin müavini Sergey İvanov ilə görüş keçirilib. Görüşdə bu il Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Türkmənistanın sədrliyi dövründə MDB ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ticari-iqtisadi əməkdaşlığın və dünya iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri prioritet kimi müəyyənləşdirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin