Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?

0
40

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitsilə hər ay təxminən bir milyon ton yük daşınır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, daşımaların həcmi ötən illə müqayisədə artıb və ildən-ilə artacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.

Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin