BDU-da “Riyaziyyat və onun tətbiqi” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilir

0
33

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqi” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçirilir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev müasir dünyada elmin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
Rektor konfransın mövzusu ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.
Sonra konfrans barədə məlumat verilib. BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.
Beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.
Konfransın plenar iclasında müxtəlif ölkələrdən olan alimlərinin məruzələri dinlənilib.
Tədbirin əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün bir forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.
Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq. Tədbirin əsas işçi dili ingilis dilidir. Konfrans avqustun 30-da başa çatacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin