Smart-kart tipli sayğac kartlarının verilməsi ilə bağlı operativ tədbirlər görülür

0
89

Sentyabrın 4-də 2 saylı “ASAN Kommunal” mərkəzində smart-kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələr yaranıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bunu nəzərə alaraq Birliyin rəhbərliyi problemin operativ şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Beləliklə, bu gündən etibarən Bakı Regional Qazın Satışı Departamentinin bir qrup işçisi Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrinə cəlb olunub və həmin yerlərdə fəaliyyət bərpa edilib. Hətta 2 saylı “ASAN Kommunal”dan uyğun istiqamətlər üzrə abonentlərin aparılması üçün nəqliyyat vasitələri də ayrılıb.
Xatırladaq ki, bu həftənin əvvəlindən “ASAN Səyyar” xidmətinin təşkili ilə bağlı Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində çalışan mühəndis heyəti 7 istiqamət üzrə rayonlara ezam olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin