“BP” Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin biznesi ilə tanış olur

0
32

“BP Group” şirkətinin Direktorlar Şurasının sədri Helge Lund Bakıya ikigünlük işgüzar səfər edib.

Bu barədə Trend-ə “BP Azerbaijan”dan bildiriblər.

Məlumata əsasən, bu ilin yanvar ayında vəzifəyə təyin olunmuş H.Lund BP-nin aparıcı biznes regionları ilə tanış olur:

“Lundun səfər proqramına “BP Azerbaijan”ın rəhbərliyi və əməkdaşları işə görüşlər daxildir. Bu görüşlər zamanı o, BP-nin regiondakı biznesinin bütün aspektləri barədə məlumat alıb”.

Şirkətdən bildiriblər ki, bu gün H.Lund nazirlərlə və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin