Süleyman Vəzirov” və “Yarenqa” gəmiləri “Abşeron” yatağında borudüzmə işlərinin ikinci mərhələsini tamamlayıb

0
41

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə əməliyyatların ikinci mərhələsini də başa çatdırıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu mərhələdə “Abşeron” rayonu 23 saylı özüllə 57 saylı özül arasında 11 min 459 metr uzunluğunda və 8 düyməlik boru xətti çəkilib.
Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Separator Məntəqəsində borudüzmə işləri görüləcək. Burada 27 kilometr boru xəttinin çəkilməsi nəzərdə tutulur. Borudüzmə əməliyyatlarına ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid “Süleyman Vəzirov” borudüzən və “Yarenqa” yedək-təchizat gəmiləri cəlb olunub.
ASCO həmişə olduğu kimi, bu əməliyyatları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, nəzərdə tutulan vaxtdan tez yerinə yetirib.
Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Borudüzmə əməliyyatları isə 8-12 metr dərinlikdə həyata keçirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin