Əsas səhifə İqtisadiyyat Polşanın Azərbaycana yatırdığı investisiyaların HƏCMİ açıqlanıb

Polşanın Azərbaycana yatırdığı investisiyaların HƏCMİ açıqlanıb

admin
12 Oxunub

Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub.

Thebusinesstimes.Az bildirir ki, bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.

E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:

“Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb”.

Nümayəndəlik direktoru bildirib ki, Polşanın Mərkəzi Statistika İdarəsinin məlumatına əsasən, 2018-ci ildə Polşa ilə Azərbaycan arasında ticarət mübadiləsi 95 milyon dollar təşkil edib. 81 milyon dollar Polşadan (12 faiz artım), 14 milyon dollar Azərbaycandan olan ixracın (6 faiz artım) payına düşüb:

“Əlbəttə, bu artım müsbət qiymətləndirilir, amma mövcud potensialı nəzərə alsaq, əsas hədəf ticarətin həcminin artırılması və onun strukturunun şaxələndirilməsidir”.

Rəy bildir

1 × 3 =