Azərbaycan parlamentinin spikeri Almaniyaya gedir

0
42

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 8-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Almaniya parlamentində olacaq, Bundestaqın plenar iclasları keçirilən binada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.

Bundestaqın prezidenti Volfqanq Şoyble, Birinci vitse-prezident, Berlin şəhərinin meri Mixael Müller, parlamentin vitse-prezidenti Tomas Opperman, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohanes Karsla keçirilən görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.

Səfər sentyabrın 10-da başa çatacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin