Çində daha bir zəlzələ baş verib

0
28

Çinin Sıçuan əyalətində daha bir zəlzələ baş verib.

Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, maqnitudası 4,3 olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çendu şəhərindən 140 kilometr cənubda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, daha əvvəl yerli vaxtla saat 06:42-də Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 1 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin