Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

0
47

10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növüFaizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0105017757
Emissiya həcmi15 000 000 AZN
Nominal dəyəri100 AZN
İstiqrazların tədavül müddəti728 gün
Faiz ödənişləri (olduqda)10 mart 2020-cu il, 08 sentyabr 2020-ci il, 09 mart 2021-ci il, 07 sentyabr 2021-ci il
Faiz gəliri7.5 %
Ödəmə tarixi07.09.2021
AnderrayterPaşa Kapital İŞQSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin