Əsas səhifə İdman “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti dünya çempionatının Azərbaycanda təşkili sevindiricidir

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti dünya çempionatının Azərbaycanda təşkili sevindiricidir

admin
9 Oxunub

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti dünya çempionatının Azərbaycanda təşkil olunması sevindirici haldır. Bu yarış intellektual turnirlər arasında ən möhtəşəmidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində XVII dünya çempionatının azərbaycanlı iştirakçısı Səlim Əliyev deyib.
Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən S.Əliyev bir neçə turnirdə uğurla çıxış etdiklərini vurğulayıb. “Dünya çempionatında yetərincə güclü komandalar iştirak edir. Rusiya komandaları yarışın favoritlərindəndir. Ancaq Azərbaycan kollektivləri də medallara iddialıdır. İnanıram ki, komandalarımız dünya çempionatında mükafatçılar sırasında yer alacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın 11 komanda ilə qatıldığı çempionatda ümumilikdə 29 ölkədən 75 komanda iştirak edir.

Rəy bildir

5 + 4 =