Yaponiyada tayfun səbəbindən 103 aviareys təxirə salınıb

0
39

Yaponiya aviaşirkətləri “Faksay” tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.

Trend-in “NHK” telekanalına istinadən verdiyi məlumata görə, “JR” dəmiryolu şirkətidə öz növbəsində Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.

Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.

Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.

Qeyd edək ki, “Faksay” bu il Sakit okeanda formalaşan 15-ci tayfundur. Onun episentrində küləyin sürəti saniyədə 40 metrə çatır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin