“Avro 2020”: Azərbaycan-Xorvatiya – 1:1

0
60


Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçirilən Azərbaycan-Xorvatiya oyununda hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, matçın 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib -1:1.
Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.
Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Dörd turdan sonra E qrupunda Macarıstan və Xorvatiya millilərinin 9 xalı var. Hər birinin 6 xalı olan Uels və Slovakiya yığmaları üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Aktivində xal olmayan Azərbaycan isə beşinci pillədədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin