Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və türk dili bayramı keçiriləcək

0
58


XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Baş katibi Rasim Özyürək bildirib ki, XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı sentyabrın 26-da Bakıdakı Yunus Əmrə İnstitutunda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həmçinin həmin gün Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə 87-ci türk dili bayramı baş tutacaq.
Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru R.Qaraca deyib: “Türk Dili Qurultayı və 87-ci türk dili bayramını həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd edəcəyik”. O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüb.
XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı iki gün davam edəcək

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin