Oskar laureatı Tom Xenks yeni filmə çəkiləcək

0
17

Amerikalı aktyor Tom Xenks “Paramount Pictures” kompaniyasının yaratdığı filmdə 1960-cı illərdə populyarlıq qazanan oyuncaq-kosmonavt rolunu canlandıracaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Oskar laureatı Tom Xenks filmdə baş rolda çıxış edəcək. Onun qəhrəmanı 1960-cı illərdə Mattel kompaniyasının yaratdığı Mett Meyson adlı bir oyuncaqdır.
Məlumatda bildirilir ki, süjet xətti Maykl Çabonun əsəri əsasında qurulacaq. Film üçün ssenarini əvvəllər Xenkslə “Da Vinci Code” filmində əməkdaşlıq etmiş Akiva Qoldsman yazacaq.
Filmin qəhrəmanı Mett Meyson adlı ayda çalışan bir zabitin başına gələnlərdən bəhs edir. Onunla bərabər orada komandanın digər üzvləri və yadplanetlilər yaşayır. Qəhrəman ötən əsrin 60-cı illərində SSRİ və ABŞ arasında gedən kosmik yarışma nəticəsində populyarlıq qazanıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin