Qazaxıstan 2022-ci ilədək Rusiyadan yeni sərnişin vaqonları alacaq

0
27

Qazaxıstanda yay aylarında sərnişin daşınmalarında 300 vaqon çatışmazlığı yaranır.
AZƏRTAC xəbər verir ki, bu çətinlikləri aradan qaldırmaq üçün Qazaxıstan Rusiyanın Tver şəhərində istehsal olunan sərnişin vaqonlarını almağa davam edir.
Qazaxıstan “Sərnişin daşımaları” SC-nin direktor müavini bildirib ki, yayda vaqonların çatışmazlığı çətinliklər yaradır. Buna görə də, “Nurlı jol” dövlət proqramına əsasən Tverdən 2022-ci ilədək hər il 100 sərnişin vaqonu alınacaq.
Qeyd edək ki, hazırda “Sərnişin daşıma” SC parkında 2210 sərnişin vaqonu var. Artıq 2019-cu il üçün 63 vaqon alınıb

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin