Əsas səhifə Dünya Rusiya və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

admin
13 Oxunub

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Astana formatı ölkələrinin sammitinə hazırlıq çərçivəsində Suriya münaqişəsini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, tərəflər telefon danışığı çərçivəsində Suriya münaqişəsinin iki ölkə prezidentlərinin avqustun 27-də Moskvada apardıqları danışıqlar zamanı əldə edilmiş razılaşmalar və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında nizamlanması məsələlərini müzakirə edib, konstitusiya komitəsinin tezliklə formalaşmasının vacibliyini vurğulayıblar.
Söhbət zamanı Astana prosesinin iştirakçısı olan ölkələrin – Rusiya, Türkiyə və İran prezidentlərinin görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Rəy bildir

6 + thirteen =