Tbilisidə “İndi nə?” adlı beşinci beynəlxalq konfrans keçirilib

0
56

Gürcüstanın paytaxtı Tbilisidə “İndi nə?” adlı beşinci beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri olan mərhum respublikaçı-senator Con Makkeynin “Dayanmayan dalğalar” kitabının gürcü dilinə tərcümə olunmuş versiyasının təqdimatı olub.
Konfransda ABŞ və Avropanın nüfuzlu siyasətçiləri, analitiklər çıxış edib, son illər Cənubi Qafqazda və eyni zamanda, Gürcüstanda gedən proseslər barədə fikirlərini bölüşüblər.
Müzakirələr zamanı ABŞ və Avropa ölkələrinin, NATO, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların Cənubi Qafqazdakı proseslərə təsiri barədə fikir mübadiləsi aparılıb.
Gürcüstanda gedən proseslər, demokratik təsisatlar, seçki sisteminin təkmilləşdirilməsi, regional təhlükəsizlik və mövcud problemlərin həlli məsələləri də diqqət mərkəzində olub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konfransda iştirak edib.
İkigünlük tədbir İqtisadi Siyasət Araşdırmaları Mərkəzi və Makkeyn İnstitutu tərəfindən birgə təşkil edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin