Azərbaycanda banklararası ödənişlər artır

0
34

Bu ilin yanvar-iyul aylarında 152 milyard manat məbləğində banklararası ödənişlər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının infrastruktur nəzarəti şöbəsinin rəhbəri Tamerlan Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində 7,380 milyon ödəmə kartı buraxılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 31,7 faiz çoxdur:

“Plastik kartlar vasitəsilə keçirilmiş əməliyyatların həcmi 11,9 milyard manat təşkil edib, bunlardan 21 faizi nağdsız hesblaşmalar olub. Elektron ticarət əməliyyatlarının həcmi 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb”.

T.Rüstəmov qeyd edib ki, Beynəlxalq Elektrik Rabitəsi İttifaqının statistikasına əsasən, 2018-ci ildə 100 nəfər 104 mobil telefon düşürdü:

“Bu, onu ifadə edir ki, ölkədə mobil ödəmələr üçün infrastruktur mövcuddur. Təklif olunan “Visa Token” sistemi də mobil ödəmələrin inkişafında vacib rol oymayacaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin