ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ – 18 il sonra…

0
21

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi atəşə tutulub.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, terrorçuların atdığı raket səfirliyin yaxınlığına düşüb. Ardınca ərazidə şiddətli partlayış səsi eşidilib. Ərazidə yerləşən tikililərə ciddi ziyan dəyib. 

Amerikalı diplomatlar hadisəni təsdiqləyiblər. Ölənlər barədə məlumat yoxdur. Xəsarət alanların olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, hücumun “Əl-Qaidə” terror təşkilatının Nyu-Yorkda törətdiyi “11 sentyabr” partlayışlarının 18-ci il dönümünə təsadüf etməsi diqqət çəkir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin