Yanğın səbəbindən yapon kosmik gəmisinin buraxılışı təxirə salınıb

0
40

Yaponiyanın “Konotori-8” gəmisini Beynəlxalq Kosmik Stansiyaya göndərəcək ağır H-2B raketdaşıyıcısının buraxılışı start meydançasında baş vermiş yanğın səbəbindən təxirə salınıb. Bu barədə məlumatı Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, məlumatda yanğının Kaqosima prefekturasında yerləşən Taneqasima kosmodromundakı H-2B raketinin kosmosa buraxılış meydançasında baş verdiyi bildirilir. Qeyd olunur ki, səbəbi açıqlanmayan yanğın qısa müddətdən sonra söndürülüb.
Məlumatda bildirilir ki, JAXA-nın mütəxəssisləri yanğın nəticəsində raketin zərər görüb-görmədiyini yoxlayırlar. Onun növbəti buraxılışı haqqında isə əlavə məlumat veriləcək.
“Konotori-8” gəmisi “Sony” şirkəti ilə birgə hazırlanmış Yer kürəsi ilə optik telekommunikasiyanı həyata keçirəcək aparatı kosmosa çatdırmalıdır. Bu aparatın sınağının cari ilin sonunadək keçirilməsi nəzərdə tutulub. Bundan başqa, kosmik gəminin göyərtəsində kosmosun tədqiqi üçün iki mikro-peyk və stansiyadakı ekipajın ehtiyacları üçün nəzərdə tutulan yüklər var. BU seriyadan ilk gəmi ötən ilin noyabrında Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin