Porsche şirkəti Type 64 modelini markanın ilk avtomobili saymır

0
30

Porsche şirkəti Sotheby’s hərrac evi tərəfindən satışa çıxarılmış Type 64 sportkarının “Porsche markasının ilk avtomobili” adlandırılmasının əleyhinə çıxıb. İş ondadır ki, bu avtomobil Ferdinand Porşe tərəfindən 1939-cu ildə Volkswagen şirkətinin sifarişi ilə KdF-Wagen “Böçək” modelinin aqreqatlarında inşa edilib. Porsche markası isə, 1948-ci ildə yaradılıb.

Type 64 müharibə ucbatından baş tutmayan Berlin-Roma yarışında iştirak etməli idi. 1500 kilometrlik yürüş marşrutu sürətli alman avtobanlarının özünəməxsus reklamı, həmçinin KdF-Wagen modelinin bazar debütünün bayram edilməsinin bir hissəsi olmalı idi. O zaman, hökumətə məxsus olan Volkswagen şirkəti “Böcək” modelinin üç yarış versiyasını sifariş edib. Avtomobil zavoddaxili Type 64 adını almış və bir neçə ildən sonra Porsche 356 modelini yaradacaq mühəndislər qrupu tərəfindən işlənib-hazırlanmışdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddət sonra, Type 64 modellərindən biri Porşe ailəsinin mülkiyyətinə keçib. 1946-cı ildə alman konstruktor şəxsən öz adı olan yazını avtomobilin üzərində bərkidib. Sabah keçiriləcək hərracda məhz bu avtomobil satışa çıxarılacaqdır. Lotun təxmini qiyməti 20 milyon dollar təşkil edir.

CNBC kanalına müsahibə verən Porsche tarixi arxivinin rəhbəri Frenk Yunq Type 64 modelini “markanın ilk avtomobili” adlandırmağın düzgün olmadığını qeyd edib. O, 1939-cu ildə Porsche brendinin mövcud olmadığını və bu markanın ilk avtomobilinin 1948-ci ildə işıq üzü görmüş 356 rodsterinin olduğunu bildirib. Hazırda bu avtomobil Ştutqartdakı muzeydə nümayiş etdirilir.

Sotheby’s RM nümayəndələri də ehtiyatla davranaraq, avtomobili “üzərində Porsche yazısı olan ən köhnə avtomobil” adlandırıblar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin