Hacıqabulda evakuator yük avtomobilinə çırpılıb

0
22

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Evakuator yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini Taleh Dünyamalıyev ağır vəziyyətdə – ayaqlarının travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin